Accessibility links

Minnesotada polis tərəfindən bir sürücü öldürülüb


20 yaşlı bir Minnesota sakinin ailəsi avtomobilinə minib uzaqlaşmadan əvvəl polis tərəfindən vurulduğunu, sonra bir neçə məhəlləlik məsafədə maşınını vurğunu bildirib. Dante Raytın ailəsi onun öldüyünü deyib.

Minnesota Cinayət Axtarışı Bürosunun rəsmiləri agentliyin bazar günü günortadan sonra Bruklin Mərkəzində bir polis məmurunun iştirakı ilə atışma olduğunu bəyan edib.

Rayt ailəsi polisdən cavab tələb edir.

Etirazlara səbəb olan hadisə Minneapolisdə Corc Floydun ölümündə günahlandırılan dörd polis məmurundan birincisinin məhkəmə presesi vaxtına təsadüf edir.

Bruklin Mərkəzi Minneapolisin şimal-qərb sərhədində yerləşir və təxminən 30000 nəfər əhalisi olan bir şəhərdir.

Aprelin 11-də “Bruklin Mərkəzindəki vəziyyəti yaxından izləyirəm. Biz Rayt ailəsi üçün dua edirik, çünki ştatımız daha bir qaradərilinin hüquq-mühafizə orqanları tərəfindən alınan həyatının yasını tutur ”- deyə, qubernator Tim Valz Twitter-də yayımladığı açıqlamada bildirib.

Polisindən verilən açıqlamaya görə, zabitlər saat 14-dən bir az əvvəl bir şəxsi dayandırıb. Sürücünün yoxlanışından sonra onun cərimə borcu olduğu müəyyən edilib. Polis sürücünü həbs etməyə cəhd etdikdə o, maşınına minənərk uzaqlaşıb. Polis maşını atətəşə tutub.

Polis güllələnən sürücünün kimliyini açıqlamayıb, lakin Hennepin County Tibbi Müayinə İdarəsinin cəsədin yarılması və ailə bildirişindən sonra şəxsin adını açıqlayacağını bildirib.

Qəza zamanı bir qadın sərnişin həyati təhlükəsi olmayan xəsarətlər alıb.

Star-Tribune xəbər verir ki, bir polis məmuru da xəsarət aldıqdan sonra xəstəxanaya aparılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG