Accessibility links

Minnesotada etirazlar üçüncü gecədir səngimək bilmir


ABŞ-ın Minnesota ştatında bir zabitin 20 yaşlı afro-amerikalı gənci güllə ilə vurmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polis və etirazçılar arasında qarşıdurma olub. Etirazlar üçüncü gecədir ki, səngimək bilmir.

İnsanların küçələrə çıxmaması üçün saat 22-dən etibarən komendant saatı tətbiq edilib. Lakin buna baxmayaraq, ədalət tələb edən nümayişçilər Bruklin Mərkəzinin polis idarəsi qarşısına toplaşıb.

Polis izdihamın dağılmasını əmr edib, bundan sonrakı qarşıdurmalarda etirazçılar onlara əşyalar atmağa başlayıb, polis isə onlara qarşı səsli və qaz bombalarından istifadə edib.

Nümayişlər Kim Potter adlı polis zabitinin Dante Raytı güllə ilə vurmasından sonra baş qaldırıb.

Tibbi ekspertiza onun sinəsindən aldığı güllə yarasından öldüyünü bildirib və ölüm qətl kimi qiymətləndirilib.

Minnesota Polis və Sülh Zabitləri Assosiasiyası açıqladığı bəyanatda bildirib ki, "istintaq başa çatmayınca heç bir nəticəyə gəlinməməlidir".

Etirazlar Minneapolisdə keçmiş polis məmuru Derek Çauvinin mühakimə olunduğu və gərginliyin yüksək olduğu bir vaxtda baş verir.

Çauvin keçən il polis nəzarətində olan Corc Floydun ölümündə ittiham olunur.

XS
SM
MD
LG