Accessibility links

Minskdə Koordinasiya Şurasının 2 üzvü saxlanılıb


OMON Minsk Nəqliyyat Zavodunda Koordinasiya Şurasının Rəyasət Heyətinin iki üzvünü - keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova və MTZ tətil komitəsinin nümayəndəsi Sergey Dilevskini saxlayıb. Bu barədə “Baş beyinin Belarusu” adlı telegram kanalı məlumat verib.

Nexta Telegram kanalı yazır ki, onlar icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılır. Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvləri mətbuat konfransı zamanı bu məlumatı təsdiqləyiblər.

Sonradan məlum olub ki, Soliqorskda “Belaruskaliya” tətil komitəsinin həmsədri Anatoli Bokan, daha sonra Minsk Təkər Traktor Zavodunun tətil komitəsinin sədri Aleksandr Lavrinoviç də saxlanılıb.

Koordinasiya Şurasının Rəyasət Heyətinin digər üzvü, hüquqşünas Liliya Vlasova istintaq komitəsinə dindirilmək üçün çağrıldığını özü mətbuat konfransında bildirib.

Xüsusi mətbuat konfransı zamanı Koordinasiya Şurasının üzvləri yalnız dialoq funksiyasını yerinə yetirdiklərini təkrarlayıblar.

"Bizə təzyiq göstərilir. Hakimiyyətin hərəkətlərini qanunsuz hesab edirik. Biz danışıqlar aparırıq. Bundan əlavə, Avropa Şurası Rəyasət Heyətinin üzvlərinə bəzi təhlükəsizlik zəmanətlərini vermələrini istəyib. Bütün bunlara baxmayaraq, buna məhəl qoyulmur və biz təzyiqlərlə üzləşirik" - deyə, Liliya Vlasova qeyd edib.

Maksim Znak bildirib ki, şura üzvləri fəaliyyətlərini yalnız mövcud qanunvericilik çərçivəsində həyata keçirirlər. Mariya Kolesnikova təzyiqlərə baxmayaraq, fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

"Bütün həftə bizi qorxutmağa, bir-birimizə qarşı qoymağa, əhvalımızı pozmağa çalışıblar. Belarus vergi ödəyicilərinin pulları ilə necə bəzi avtobus karusellərinin təşkil olunduğunu, eyni bayraqlar və plakatlar olan insanların gəldiyini gördük. Dünən aydın oldu ki, onlarda heç nə alınmayıb və alınmayacaq. Rəsmilər başa düşməlidirlər ki, bu vəziyyəti artıq geriyə qaytarmaq olmaz" deyə, Kolesnikova bildirib.

Belarus İstintaq Komitəsi Müxalifət tərəfindən Koordinasiya Şurasının yaradılması faktı ilə bağlı "Hakimiyyəti ələ keçirmə" (361 CM) maddəsi ilə cinayət işi açıb. Artıq şuranın bir neçə üzvü, xüsusən Maksim Znak və Sergey Dilevski izahat alınmaq üçün İstintaq Komitəsinə çağırılıb.

Müxalifət şura nümayəndələrinin dövlət hakimiyyətini ələ keçirməsi, Belarusiyanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ya dövlətə xəyanət, terror aktı və ya təxribat çağırışları yaymadıqlarını qeyd edib.

Koordinasiya Şurasının üzvü Maksim Znak şuranın hər şeyi açıq və şəffaf etdiyini, hər şeyin dərc olunduğunu və sənədləşdirildiyini diqqətə çatdırıb.

XS
SM
MD
LG