Accessibility links

Belarusun Koordinasiya Şurasının üzvləri 10 sutkalıq həbsə məhkum edilib


Azadlıq Radiosunun Belarus xidməti bildirib ki, Minsk məhkəməsi MTZ tətil komitəsinin nümayəndəsi və Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Sergey Dılevskini 10 gün müddətinə həbs edib. O, kütləvi tədbir keçirmək qaydasını pozmaqda ittiham olunurdu

Bir qədər sonra Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin digər üzvü, prezidentliyə namizəd Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova da 10 gün müddətinə həbs edilib. Müdafiə tərəfi həbs qərarından şikayət etmək niyyətində olduqlarını deyib.

Məhkəmə video-bağlantı vasitəsilə baş tutub. Dılevski paytaxtın Okrestina küçəsindəki cinayətkarları təcridetmə mərkəzinin kamerasından izahat verib. Onun sözlərinə görə, avqustun 24-də dostlar və tanışlarla vəziyyəti müzakirə etmək üçün MTZ zavoduna gəlib, lakin mitinqə çağırış etməyib. Fasilədən sonra insanlar danışmaq üçün çıxıblar və direktorun ideoloji işlər üzrə müavini sualları cavablandırmaq üçün onlara yaxınlaşıb. Sonra isə avtozak gəlib Kovalkovanı aparıb.

TUT.BY xəbər verir ki, Dılevskiyə dair hesabat Partizanski Rayon Daxili İşlər İdarəsinin polisi rəhbərinin müavini Aleksander Bliznyuk tərəfindən tərtib edilmişdir. Məhkəmədə məlum olub ki, Dılevskiy işindəki protokollar dəyişdirilərək bir neçə dəfə yenidən yazılıb. Beləliklə, əvvəlcə bir MTZ əməkdaşı insanları “messenger” vasitəsilə mitinqə çağırmaqda günahlandırılıb. Lakin məhkəmədə Dılevskiyin mitinq üçün işçiləri topladığını və tətili onlarla müzakirə etdiklərinə dair protokol oxunub.

Məhkəmə iclasında Dılevski şahidlərin izahatlarında heç bir konkretliyin olmadığını qeyd edib. "Kimə zəng etmişəm, kimə nə demişəm – bu haqda şahidlərdən heç nə eşitmədim" - deyə, o qeyd edib.

Nəşr yazır ki, Partizanski Rayon Daxili İşlər İdarəsinin əməkdaşları "MTZ 97%" zavodu işçilərinin yazışmalarını diqqətlə oxuyaraq Dılevskinin bəzi açıqlamalarını mitinqə çağırış kimi qəbul edilib.

Dılevskinin vəkili Darya Lipkina da müdafiə hüququnun pozulduğuna işarə edib, Onun vəkillə təmin edilməsi çağırışı rədd edilib. Onun sözlərinə görə, Minskdəki bütün məhkəmələrə onun Dılevskinin vəkili olduğuna dair bir bildiriş göndərməli olub, amma ona heç kim cavab verməyib. Bu gün materiallarla tanış olmaq üçün isə ona 10 dəqiqə vaxt verilib.

XS
SM
MD
LG