Accessibility links

Minsk Qrupunun həmsədrləri bütün hərbi əsirlərin və başqa saxlanılanların qaytarılmasına çağırır


ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 28-də Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisinin Azərbaycan tərəfindən əsir götürülməsinə münasibət bildirərək bəyanat yayıb.

Bəyanatda bildirilir ki, həmsdərlər mayın 27-i və 28-də Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer və BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə məsləhətləşmələr aparıb. Həmin görüşlərdə ATƏT-in sədrinin şəxsi nümayəndəsi Andrzey Kasprzik də iştirak edib. Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 27-də altı erməni əsgərinin saxlanmasına dair xəbərləri diqqətlə izləyir və bütün hərbi əsirlərin və başqa saxlanılanların qaytarılmasına çağırır. “Həmsədlər saxlanılanlara beynəlxalq humanitar qanuna uyğun olaraq rəftar etmək öhdəliyini vurğulayır. Həmsədrlər tərəfləri Dağlıq Qarabağa humanitar çıxışa qoyulan bütün məhdudiyyətləri dərhal qaldırmağa və noyarın 9-da imzalanan atəşkəs bəyanatında üzərlərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır,” bəyanatda deyilir.

Həmsədlər həmçinin Azərbaycan-Ermənistan sərhədinin demarkasiya xəttinin çəkilmədiyi hissəsində bir neçə insidentlə bağlı məlumatları da narahatlıqla izlədiklərini bildirib. “Sərhəd mübahisələrini həll etmək üçün gücdən istifadə qəbuledilməzdir,” bəyanatda qeyd olunub. Həmsədrlər hər iki tərəfi dərhal tədbirlər görməyə, o cümlədən qoşunların yerdəyişməsi, eskalasiyanın azaldılması, sərhədin dinc yolla delimitasiyası və demarkasiyası üçün danışıqlar başlatmağa çağırıb. “Həmsədrlər bu prosesi asanlaşdırmaq üçün yardım etməyə hazırdır,” onlar bildirib.

“ATƏT mandatlarını və regiondakı bütün insanların sabit, dinc və firavan gələcək istəklərini nəzərə alaraq həmsədrlər bir daha tərəfləri ilk fürsətdə həmsədlərin himayəsi altında danışıqlar aparmağa çağırır” - deyə, Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endrü Şoferin birgə imzaladığı bəyanatda qeyd olunub.

XS
SM
MD
LG