Accessibility links

Minsk Qrupunun həmsədrləri regiona səfər etmək niyyətindədir


ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün yekunlarına dair bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində hər iki ölkənin xarici işlər naziri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər.

Onlar zorakılığın minimuma endirilməsi üzrə tərəflərin səylərinin müsbət nəticə verdiyini, mövcud birbaşa kanallardan istifadə olunduğunu qeyd ediblər, son faciəli hadisələrdən təəssüfləndiklərini bildiriblər.

Həmsədrlər və nazirlər gərginliyin azaldılması, sülh və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirlərin müzakirəsinə davam ediblər.

Həmsədrlər 9 mart tarixli bəyanatlarına əsaslanaraq tərəfləri danışıqların yekunlarına mənfi təsir göstərən ritorikadan istifadəni minimuma endirməyə çağırıblar.

"Həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətindədir", bəyanatda qeyd olunur.

Şərhlərə bax

XS
SM
MD
LG