Accessibility links

Minsk yaxınlığında 33 rusiyalı saxlanılıb


İyulun 29-u gecə Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları Minsk yaxınlığında xarici özəl hərbi şirkət olan “Vaqner”in 33 hərbçisini saxlayıblar. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır.

Dövlət agentliyinin məlumatına görə, Belarusun hüquq-mühafizə orqanlarına "seçki kampaniyası zamanı vəziyyəti gərginləşdirmək üçün" 200-dən çox hərbçinin gəlişi barədə məlumat daxil olub. Belarusiyada prezident seçkiləri avqustun 9-da keçiriləcək.

BelTA bildirir ki, bunlar Rusiya vətəndaşlarıdır. Onların hər birinin " kiçik əl çantası" və bir neçə nəfərin maşınlarına yüklədiyi üç iri ağır çantaları var.

İddia olunan yaraqlılar iyulun 25-i gecə Minskə gələrək Minskdəki otellərdən birinə yerləşiblər. İyulun 25-də onlar ordan çıxmalı idilər, ancaq iki gün sonra bunu ediblər və Minsk bölgəsinin sanatoriyalarından birinə köçüblər.

Dövlət agentliyindən verilən məlumata görə, sanatoriyanın rəhbərliyi "rus turistlər üçün xarakterik olmayan davranış və monoton hərbi geyimlər" səbəbindən qrupa diqqət ayırıb. Bundan əlavə, gələnlər "alkoqol içməyiblər, əyləncə müəssisələrini ziyarət etməyiblər, özlərini diqqəti cəlb etməmək üçün hər kəsdən uzaq tutublar ", ancaq sanatoriyanın ərazisini və ətrafını araşdırıblar.

BelTA məhbusların siyahısını açıqlayıb, bunlar 1965-1996-cı il təvəllüdlü 33 nəfərdir: 32 nəfər sanatoriyada, daha biri "ölkənin cənubunda" olub.

XS
SM
MD
LG