Accessibility links

Minsk Qrupunun həmsədrləri Bakıya gəlib


ATƏT
ATƏT

Aprelin 4-də həmsədrlər qoşunların təmas xəttini keçərək Dağlıq Qarabağa gedəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Yan Kelli (ABŞ) aprelin 1-də Bakıya gəliblər.

Gözlənildiyi kimi, aprelin 2-də onlar Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etmək üçün Azərbaycan rəhbərliyi ilə görüşəcəklər.

Aprelin 4-də vasitəçilər qoşunların təmas xəttini keçərək Dağlıq Qarabağa gedəcəklər.
Həmsədrlər martın 19-20-də Xankəndi və Yerevanda olublar. Lakin Novruz bayramı ilə əlaqədar onların Bakıya səfəri başqa vaxta keçirilmişdilər.
XS
SM
MD
LG