Accessibility links

Minsk qrupunun həmsədrləri atəşkəsin 20 illiyi ilə bağlı bəyanat verib


ATƏT-in Minsk qrupunun həmsədrləri
ATƏT-in Minsk qrupunun həmsədrləri

Atəşkəs sazişi münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır...

Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 20 il ötür.

ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, atəşkəs haqqında razılaşma 1994-cü il mayın 8-də Bişkekdə imzalanıb, dörd gün sonra - mayın 12-də qüvvəyə minib. Bununla da, cəbhə xəttində hərbi əməliyyatlar dayandırılıb.

Lakin buna baxmayaraq, atəşkəs haqqında saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu müəyyənləşməyib.

Münaqişənin həll olunmamış qalması yüzlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub.

Görüşlərdə həmsədrlər sülh prosesində irəliləyiş üçün ölkələrin təqdim etdiyi imkanlardan yararlanmaqda müəyyən maraq nümayiş etdiriblər.

“Noyabrda ən yüksək səviyyədə dialoqun bərpasını gördük. Biz tərəfləri münaqişənin nizamlanmasına nail olmaq üçün bu elementlərə əsaslanan sülh sazişinə gətirib çıxaracaq konstruktiv danışıqlara başlamağa çağırırıq“, bəyanatda deyilir.

Həmsədrlər hesab edir ki, belə nizamlanma Ermənistan və Azərbaycan xalqları arasında etimad və qarşılıqlı anlaşma olmadan mümkün deyil. “Ermənilər və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər və biz onlara kömək etməyə hazırıq. Tərəflər sülhün təmin olunması üçün zəruri tədbirlər görməlidirlər.

Nə vaxt ki, onlar bunu edəcəklər, bu, ATƏT-in və beynəlxalq birliyin tam dəstəyi ilə olacaq", sənəddə qeyd edilir.
XS
SM
MD
LG