Accessibility links

ATƏT sədri və Minsk Qrupu: Tərəfləri təcili gərginliyi azaltmağa çağırırıq


Dağlıq Qarabağ və regionun xəritəsi
Dağlıq Qarabağ və regionun xəritəsi

ATƏT sədri və Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didyer Burqxalter və ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı bəyanatla çıxış edib.

“Tərəfləri təcili gərginliyin azaldılması istiqamətində fəaliyyətə başlamağa çağırırıq”, sənəddə qeyd edilir.

ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləriqoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından dərin narahatlığını bildirir. Onlar həlak olanların ailələrinə baş sağlığı verir və əziyyət çəkən ailələrin iztirablarını bölüşdüklərini bildirir.

ATƏT-in hazırkı sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri həmçinin Ermənistan-Azərbaycan sərhədində humanitar missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinin atəşə tutulması faktından narahatlığını bildirir. Onlar mülki şəxslərə və beynəlxalq təşkilatın nümayəndələrinə qəsdən hücumu qəti şəkildə pisləyir və tərəflərə Cenevrə Konvensiyası üzrə götürdükləri öhdəliklərini xatırladır.

ATƏT-in sədri və həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırır.

“Zorakılıqların davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”.

Onlar həmçinin Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırır. “Sülhü təmin edəcək və xalqlar arasında etimadı yaradacaq yeganə yol budur”, sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG