Accessibility links

Minskdə yüzlərlə qadın əllərində çiçəklər küçələrə axışıb


Minsk

Şənbə günü yüzlərlə qadın əllərində çiçəklər Minks küçələrinə axışıblar. Onlar öncəki aksiyalarda olduğu kimi, sıraya düzülməyiblər.

Etiraz aksiyasına Minsk Dövlət Dilçilik Universitetinin tələbələri iştirak edib. Onlar universitetinin korpuslarından birinin önündə mahnı və şer oxuyublar. Belarus dövlət universitetinin tələbələri və müəllimləri Svetlana Volçekin işdən çıxarılması və universitet rəhbərliyinin tələbələrin həmrəylik aksiyalaırnın qarşısını almaq cəhdlərilə əlaqədar olaraq video-müraciət yayıblar. Stepankada su qülləsinin üzərinə “Avtokratiyaya son” şüarı yazılmış qırmızı-ağ bayraq asılıb.

Qomeldə “Silniye novosti” nəşriyyatının baş redaktoru Anna Yakştas və həyat yoldaşı Denisin evində oktaybrın 3-də axtarış aparılıb. “Evlərində bütün texnikanı götürüblər. Özlərini isə Daxili İşlər Nazirliyinin rayon şöbəsinə aparıblar. Onlarla əlaqə qura bilmirik. Uşaqlar evdə qalıb,” nəşriyyatın təsisçisi Pyotr Kuznetsov bildirib.

Soliqorskda etiraz yürüşü zamanı foto-müxbir İrina Araxovskayanı, tətil hərəkatının lideri Yuri Korzunu və tətil komitəsinin üzvləri Nina Tulayevanı və Aleksey Krıjı həbs ediblər. Ümumilikdə səkkiz nəfər saxlanılıb.

Brestdə Azadlıq Meydanında hökümət tərəfdarları mitinq keçiriblər. Onlar Brest qalasına yürüş ediblər.

Bu arada isə Belarus 1 telekanalında yayımlanan “Panorama” verilişində ölkədə konstitusiyanın yenilənməsi ilə bağlı işlərin başladığı, bunun üzərində deputatların çalışdığı bildirilib, Belarus vətəndaşları isə öz təkliflərini irəli sürməyə çağırılıb.

Şərhlərə bax

XS
SM
MD
LG