Accessibility links

ABŞ dünyada nanə tələbatının 70 faizini təmin edir [Video]


ABŞ dünyada nanə tələbatının 70 faizini təmin edir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Birləşmiş Ştatlarda alma, qarğıdalı və quşüzümü kimi payız məhsullarının siyahının başında olmasına baxmayaraq, konfet, saqqız və diş məcununa xüsusi tam verən nanə də bu məhsulların içindədir.

Rendi Matyusun “Şeydi Layn” fermasında gəzərkən səni elə bil saqqız iyi vurur. Təmiz havadakı bu iyi sənin paltarlarına çökür və bu iyi bir neçə saat səninlə olur. “Biz nanəcövhər də olmaqla, bir neçə növ nanə yetişdiririk. Buraya təbii nanə və Şotlandiya nanəsi daxildir." deyə, Rendi Matyus bildirir.

Matyusun babası burada nanəni 1930-cü illərdə yetişdirməyə başlayıb. O vaxtdan bəri tarla xeyli böyüyüb və bu ailə hələ də 1700-cü illərdə Böyük Britaniyadan gətirilən Qara nanəni yetirşdirməkdə davam edir.

İndiana ştatının “Kənd Təsərrüfatına Dəstək” idarəsindən Elissa Rocer məhsulun ot kimi emal edildiyini deyir. “Məhsul ildə bir dəfə yığılır və torpağın üzərində iki gün qalır. Yalnız bundan sonra doğranmağa başlayır.”

Doğrandıqdan sonra məhsul vaqona göndərilir ki, həmin vaqonda beş boru var. Məhsul həmin borularda distirilə olur. "Buxar yarpaqlardakı yağ vəzlərindən yağları buxarlandırır. Buxarlanmış yağlar bizim kondensator adlandırdığımız cihazdan keçir." deyə. ferma sahibi bildirir.

Keçən il Matyusun tarlası 27 min litrdən çox yağ istehsal edib. Digər kənd təsərrüfatı məhsulları kimi nanə yağı da səhm birjası tərəfindən alınmır. Bunu məhsulun sahibi ilə razlılaşaraq, broker alır. Nanə çox bahalı texnikadan istifadə olunaraq emal edildiyinə görə, yəni baha başa gəldiyinə görə sahibkarlar bu məhsulu yetişdirməkdən çəkinir.

“Amerikada nanə yetişdirən cəmi 280 tarla var və onlar bütün dünyanı nanə yağı ilə təmin edir” - deyə, Rendi Matyus bildirir.

Birləşmiş Ştatlar dünyanda nanə tələbatının 70 faizini tıəmin edir ki, bu da nanə sənayesinə ildə 200 milyondan çox gəlir gətirir. Çin, Hindistan və Yaponiya nanə alan əsas ölkələrdir ki, onlar bu məmulatdan yalnız şirniyyat üçün deyil, evdə də istifadə edir.

XS
SM
MD
LG