Accessibility links

ABŞ-a keçmək üçün sərhəddə gözləyən miqrantların sayı 6000-ə çatıb


Mərkəzi Amerikadan olan miqrantlar cümə axşamı gecə Tihuanadakı ikinci sığınacağa doğru irəliləməyə başlayıb. Beləliklə, bu sərhəd şəhərindən Birləşmiş Ştatlara keçmək üçün imkan axtaran miqrantların sayı təxminən 6 minə çatıb.

Rəsmilərin dediyinə görə, miqrantların birinci sığınacağı tərk etməsinə səbəb güclü yağışların başlaması və həmin sığınacaqda qalmağın mümkün olmaması olub.

Miqrantların çoxu çadırlarda çox ağır şəraitdə yaşayır. Lakin buna baxmayaraq, onların əksəriyyəti ABŞ-da sığınacağa müraciət etmək üçün Meksikada gözləyir. Artıq 600-dən çox miqrant Meksikada iş icazəsi üçün müraciət edib.

Bu arada isə Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu həftənin əvvəlində administrasiyasının ABŞ-Meksika sərhədində gözləyən Mərkəzi Amerika miqrantlarının ölkəyə daxil olmasına icazə vermək niyyətində olmadığını deyib.

Tramp bazar günü Mississippi ştatında siyasi aksiya zamanı deyib ki, Birləşmiş Ştatlar ölkəyə qanuni şəkildə daxil olmaq istəyən insanları istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG