Accessibility links

ABŞ-da 37 miqrant uşaq koronavirusa yoluxub


Rəsmilərin bildirdiyinə görə, ABŞ-ın Çikaqo bölgəsindəki üç sığınacaqda saxlanılan onlarla mühaclr uşağı koronavirusa yoluxub.

Chikaqoda yerləşən Səhiyyə və İnsan Xidmətləri İdarəsi `Heartland Alliance` xəstələnən uşaqların qohum və ya qanuni qəyyumlarına verilməsini gözləyir. Xəbər verildiyinə görə, aparılan testlər çərşənbə axşamı yetkinlik yaşına çatmamış 69 uşaqdan 37-snin virusa yüngül formada yoluxduğunu göstərib.

`Heartland` işçiləri proqnozları "yaxşı" adlandırsa da, uşaqların müalicəsi ilə bağlı məıimat verməkdən imtina edib.

ABŞ-Meksika sərhədi boyunca tək səyahətə çıxan mühacir uşaqlara qəyyumluq edən Qaçqınların Köçürülməsi İdarəsi çərşənbə axşamı İllinoys və Texas şatalarındakı sığınacaqlarda 21 uşaqda COVID-19-un müsbət olduğunu və digər 6 uşağın sağaldığını bildirib. Uşaqlardan heç biri xəstəxanaya yerləşdirilməyib.

Federal rəsmilər baş verənlərlə əlaqədar Nyu-York və Vaşinqton da daxil olmaqla, ştatlara uşaq göndərilməsini dayandırıb.

Keçən ay yeni uşaq qəbulunu dayandıran `Heartland Alliance` bütün uşaqları testdən keçirib, həkimlər və tibb işçilərinin əlcək və maska taxmaları kimi tədbirlər görüb.

Heartlandın `Milli İmmiqrasiya Ədalət Mərkəzi` uşaqlar və işçilərin səhhəti ilə bağlı narahatlığını bildirib və məhkəmə mövzusu olan uşaqların ailələri ilə yenidən birləşməsini sürətləndirməyə çağırıb.

Hazırda nəzarətdə 2500-ə yaxın uşaq var.

XS
SM
MD
LG