Accessibility links

Miqrantları daşıyan gəmi Siciliya limanına çatıb


Aralarında ötən həftə ABŞ Dəniz Donanmasının Liviya sahili yaxınlığında xilas etdiyi onlarla miqrantın da olduğu 500 miqrantı daşıyan İtaliyanın sahil təhlükəsizliyi gəmisi çərşənbə axşamı gecə Siciliya limanına çatıb.

Miqrantlar yeni ifrat sağçı daxili işlər naziri QHT-lərin xilasetmə gəmilərinin İtaliya sahilinə yan almasını qadağan edəndən bir neçə gün sonra gəlib.

ABŞ Dəniz Donanması bildirib ki, nəqliyyat gəmilərindən birinin ekipaj üzvləri suda 12 cəsəd görüb, amma axtarış zamanı onları tapa bilməyiblər.

İtaliyanın yeni anti-immiqrant höküməti ötən həftə 600 miqrantın olduğu Fransanın qeyri-hökümət təşkilatının idarə etdiyi Aquarius gəmisinin İtaliya sahilinə yan almasına icazə verməyib. Bu isə Fransanın qəzəbinə səbəb olub.

Miqrantları daha sonra İspaniya qəbul edib.

İtaliyanın daxili işlər naziri Matteo Salvini çərşənbə axşamı deyib ki, o “bir-iki gün sonra” avropalı tərəfdaşlarına miqrasiya siyasəti ilə bağlı təklif irəli sürəcək.

XS
SM
MD
LG