Accessibility links

Avropa Ittifaqı miqrasiya böhranına son qoyulması üçün təcili ölçülər götürür


Avropa Ittifaqı liderləri gəmilərlə daşınan miqrasiya böhranına son qoyulması üçün Afrikada insan qaçaqmalçılarının qayıqlarını yaraqsız hala salmaqla təcili ölçülər götürür.

28 ölkənin üzv olduğu qurum Brüssel toplantısı zamanı bəyanat qəbul edib. Sənəd axtarış və xilas əməliyyatlarının maliyyələşdirilməsi, habelə qaçaqmalçıların qayıqlarının istifadə edilməzdən əvvəl məhv edilməsini nəzərdə tutur.

Avropa Ittifaqının Maltada 24 nəfərin dəfn mərasimində iştirak edən miqrasiya üzrə rəsmisi Dimitris Avramopolos deyib ki, Avropa insan qaçaqmalçılığına müharibə elan edir.

Son həftələr Aralıq dənizində 800-dən artıq insan boğulub. Qayıqlarla Avropaya üz tutam miqrantların yalnız 28-i xilas edilib.

Ötən il İtaliyaya 150 min miqrant çatıb. Rəsmi Roma gələn 5 ay ərzində həftədə 5 min, ilin sonunadək 200 min nəfərin sahillərinə üz tutacağını bildirir.

XS
SM
MD
LG