Accessibility links

Miqrasiya və demokratiya Blinkenin Cənubi Amerika ölkələrinə səfərinin başlıca mövzularıdır


ABŞ Dövlət katibi Antoni Blinken Ekvadora səfəri zamanı çıxış edir, 20 oktyabr, 2021.

ABŞ Dövlət katibi Antoni Blinken qanunsuz miqrasiya və demokratiyanın qorunması problemlərinin mümkün həll yollarını müzakirə etmək üçün Cənubi Amerika ölkələrinə səfər edir.

Blinkenin çərşənbə günü Kolumbiyaya səfərindən öncə Ekvadorda Dövlət Departamentinin bildirdiyi kimi "regionda demokratiyaların qarşısında duran çətinliklər" mövzusunda nitq söyləyəcəyi gözlənilir.

Dövlət Departamenti Blinkenin çıxışında “inklüziv və çevik demokratik institutların inklüziv inkişaf və ətraf mühitin qorunması”nı vurğulayan iqtisadi siyasətləri necə həyata keçirə biləcəyini vurğulayacağını bildirib.

Demokratiya və insan haqları məsələləri ilə yanaşı Blinkenin səfərinin diqqət mərkəzində olan daha bir mühüm məsələ miqrasiyadır. Blinken Boqotada humanitar miqrasiya siyasəti mövzusunda regionun xarici işlər nazirləri ilə görüş keçirəcək.

Çərşənbə axşamı günü Ekvadorun Xarici İşlər naziri Maurisio Montalvo ilə danışan Blinken miqrasiyanın son illər minlərlə venesuelalının məskunlaşdığı Ekvador da daxil olmaqla, “yarımkürədə hər kəs üçün sınaq olduğunu” deyib.

Blinkenin Ekvadora səfər etməsindən öncə prezident Quillermo Lasso narkotik cinayətlərinə qarşı mübarizə aparmaq məqsədilə ölkədə 60 gün müddətində fövqəladə vəziyyət elan edib.

ABŞ dövlət katibi və Ekvador prezidenti arasında görüş çərşənbə axşamı baş tutub və Blinken Lassonun onu Ekvador hökumətinin ölkə konstitusiyasına uyğun hərəkət etmək kimi demokratik dəyərləri müdafiə edəcəyinə inandırdığını bildirib.

“Biz həmçinin narkotik alveri və bununla əlaqədar zorakılıq və cinayətkarlıqla mübarizə məqsədilə Ekvadorda görülən müstəsna tədbirlər haqqında da danışdıq. Biz bilirik ki, demokratik ölkələrdə müstəsna hallarda Ekvadorda olduğu kimi təcili məsələlərin həlli üçün tədbirlərin görüldüyü vaxtlar olur” – deyə, Blinken jurnalistlərə bildirib.

Blinken həmçinin Ekvadorun COVID-19-qa qarşı vaksinasiya kampaniyasına yüksək qiymət verib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG