Accessibility links

Azərbaycan vətəndaşları Almaniyadan deportasiya olunub


Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Bununla yanaşı, Almaniyada yaşayan mühacir Həbib Müntəzir Facebook səhifəsində bildirib ki, ötən gecə Almaniyadan Azərbaycana 140 miqrant deportasiya edilib.

Onun məlumatına görə, Bakıya gələnləri Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dindirib.

Müntəzir hesab edir ki, Azərbaycana deportasiya prosesi davam edəcək.

"Həmin şəxslərin əksəriyyəti Müsavat Partiyasının üzvləri kimi Almaniyaya gedənlərdir" , o qeyd edib.

Lakin Müsavat Partiyasının rəhbərliyi həmin şəxslərin Müsavat Partiyasının üzvü olduğunu təkzib edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qanunsuz miqrasiyada şübhəli bilinərək saxlanmaları barədə məlumatlıdırlar.

"Özlərini `siyasi mühacir` kimi qələmə verən bu şəxslərin belə bir fəaliyyətdə şübhəli bilinərək saxlanmalarına təəssüf edirik. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur. Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq qaydada nəzərdən keçirilə bilər" , Leyla Abdullayeva bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG