Accessibility links

Vəkil: Mirfeyzulla Seyidova narkotik ittihamı verilib [Audio-müsahibə]


AXCP fəalı Mirfeyzulla Seyidova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və oradan Kürdəxanı təcridxanasına etap edilib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Cavad Cavadovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:37 0:00

“Hələ Mirfeyzulla Seyidovla görüşə bilməmişəm. Hələ ittihamın mahiyyəti ilə bağlı da məlumatım yoxdur. Ancaq onu bilirəm ki, istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır”, o qeyd edib.

Vəkil həbsdən apellyasiya şikayəti verməyə hazırlaşır.

O, Mirfeyzulla Seyidovun səhhətində ciddi problemlərin olduğunu deyib.

“Ailəsi onun şəkərli diabet və böyrək xəstəliyindən əziyət çəkdiyini bildirir. Seyidov müntəzəm dializ prosedurundan keçir və mayın 11-də növbəti prosedur olmalıdır”, vəkil qeyd edib.

Mirfeyzulla Seyidov 1980-cı illərin əvvəli və 1990-cı illərin sonlarında milli-demokratik hərəkatın fəal iştirakçısı olub.

O, son həftə qanunsuz narkotik maddə dövriyyəsi ilə ittiham olunaraq həbs edilən ikinci AXCP fəalıdır.

Bundan öncə mayın 6-da AXCP fəalı Orxan Baxışlı həmin ittihamla həbs edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG