Accessibility links

Miroslava Qonqadze: ABŞ-ın Ukraynaya mesajı çox aydındır- islahatlara başlayın və korrupsiya ilə mübarizə aparın


Jurnalist Miroslava Qonqadze ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:25 0:00

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden ABŞ-in Ukraynaya dəstəyini nümayiş etdirmək məqsədilə keçən həftə Kiyevə səfər edib. Vitse-prezident Bayden səfər zamanı Ukraynada islahatların vacibliyini vurğulayaraq, Ukrayna xalqını ABŞ-ın demokratiya yolunda Kiyevin Qərb tərəfdarı liderlərinə dəstəyini davam etdirəcəyinə əmin edib. Amerikanin səsinin Ukrayna xidmətinin əməkdaşı, jurnalist Miroslava Qonqadze vitse-prezident Co Baydeni Ukrayna və Türkiyəyə səfərləri zamanı müşayiət edib. Miroslava Qonqadze Amerikanın Səsinə müsahibədə ABŞ-ın Ukrayna xalqına mesajları və vitse-prezident Baydenin keçmiş sovet respublikalarının enerji müstəqilliyi ilə bağlı İstanbul sammitində açıqlamalarından danışıb.

ABŞ-ın vitse-prezidenti Co Bayden və jurnalist Myroslava Gongadze
ABŞ-ın vitse-prezidenti Co Bayden və jurnalist Myroslava Gongadze

Dilşad Əliyarlı: Sizin vitse-prezident Baydenlə qeyri-rəsmi şəkildə açıq fikir mübadiləsi aparmaq imkanınız olub. Co Baydenin Ukraynaya, Ukrayna xalqına əsas mesajı nədən ibarət idi?

Miroslava Qonqadze: Mən onu dünyada ən çox narahat edən məsələnin nə olduğunu soruşdum və o da cavab verdi ki, onu ən çox Ukrayna narahat edir. Çünki Rusiyanın Ukraynada təcavüzü bütün beynəlxalq normaların pozulmasıdır və Rusiyanın Avropada enerji təhlükəsizliyinə nəzarət etmək üçün atdığı addımlar həm Avropa, həm də dünya üçün təhlükə təşkil edir. Ukrayna da bu məsələdə ön planda olduğu üçün o, Ukraynada vəziyyətin onu çox narahat etdiyini deyib. Onun ukraynalılara göndərdiyi əsas mesaj ondan ibarət idi ki, Ukrayna özü özünə kömək etməlidir. Yəni ən tez bir zamanda hökumətin təşkili prosesini başa çatdırmaq və korrupsiya ilə mübarizə aparmaq lazımdır. Çünki korrupsiya vitse-prezident Baydenin sözlərinə görə, Rusiyanın başqa ölkələrə nəzarət etməsi üçün istifadə etdiyi vasitələrdən biridir. Bu gün Ukrayna parlamentinin iclasında baş nazir təyin edilib, ona görə ümid edirik ki, tez zamanda hökumət yaradılacaq və Ukraynada islahatların aparılmağa başlayacaq.

Dilşad Əliyarlı: Siz öz Facebook səhifənizdə vitse-prezident Baydenin mesajları ilə bağlı status yazmısınız. Buna hansı reaksiyalar verilib?

Miroslava Qonqadze: Çox geniş reaksiya verilib, statusu mindən çox dəfə bölüşüblər. Mesaj çox aydındır. Ukraynalılar elə buna görə mübarizə aparıb, buna görə Meydana çıxmışdılar. Onlar tez zamanda islahatların keçirilməsini, korrupsiya ilə mübarizə aparılmasını, şəffaf hökumətin olmasını istəyir. Onlar Ukraynanın sivil ölkə, prezident Poroşenkonun dediyi kimi, beş ildən sonra Avropa İttifaqına daxil olmaq üçün müraciət təqdim edə biləcək bir ölkə olmasını istəyir. Bu mesaj insanların ürəyincə oldu, çünki əslində onların istədiyi də elə budur. ABŞ hökuməti də məhz bunu istəyir. Onlar deyir ki, “bizə kömək edin ki sizə kömək edək, islahatları həyata keçirin, onda sizə əlavə maliyyə yardımı ayrılacaq, başqa yardım da veriləcək, amma siz bizə göstərməlisiniz ki, siz nəsə edirsiniz.” Mənə elə gəlir ki, bu gün hökumətin işləməyə başlaması olduqca mühüm bir addımdır. Çünki vitse-prezident də dedi ki, “sizdə belə bir formula var, altı gün, altı həftə, altı ay, sizin vaxtınız yoxdur, siz bu islahatları ən tez bir zamanda həyata keçirməlisiniz.”

ABŞ-ın vitse-prezidenti Co Bayden və jurnaslit Miroslava Qonqadze
ABŞ-ın vitse-prezidenti Co Bayden və jurnaslit Miroslava Qonqadze

Dilşad Əliyarli: Son il ərzində siz bir neçə dəfə Ukraynada olmusunuz. Hansı dəyişiklikləri görürsünüz?

Miroslava Qonqadze: Əsas insanların baxışlarının, mövqeyinin dəyişidiyini deyə bilərəm. İnsanlar artıq susmayacaq, hansısa dəyişikliklərin baş verməsini gözləməyəcək, dəyişikliklər edilməsini tələb edəcək. Bunun hər gün şahidi oluruq. İctimai təşkilatlar parlamentə gəlir, yeni qanunvericilik layihələri təklif edir. Onlar parlamentdə öz təmsilçiləri və hökumətdə yeni adamların vasitəsilə təzyiq göstərir. İnsanlar hərəkət etməyə hazırdır və vəziyyət əvvəlki kimi deyil. İndi Narıncı inqilabdan sonra olduğu kimi bir partlayış və Meydan hadisələrini uzun müddət gözləmək lazım olmayacaq. Əgər hökumət əsas vəzifələrin korrupusiya qarşı mübarizə və islahatlar olduğunu başa düşməsə üçüncü Meydan da baş verə bilər, özü də ən tez bir zamanda.

Dilşad Əliyarlı: Siz vitse-prezident Co Baydeni enerji sammitinin keçirildiyi Türkiyəyə səfəri zamanı da müşayiət etmisiniz. Co Bayden sammitdə çıxışında enerji təchizatının diversifikasiyası məsələsinə xüsusi diqqət ayırıb və Xəzər regionunun əhəmiyyətini vurğulayıb. Bu haqda danışmağınızı istərdik.

Miroslava Qonqadze: Bəli, onun İstanbul çıxışı əhatəli və çox mühüm idi. O dedi ki, Rusiya enerji təchizatından təzyiq vasitəsi kimi istifadə edir və əsas vəzifə Avropanın Rusiyadan asılılığına son qoymaqdan ibarətdir. Bu kontekstdə o, Bakı-Tbilisi-Ceyhan neft kəmərini qeyd edərək, əsas ixrac boru kəməri layihəsinin reallaşmasını Avropanın enerji təhcizatı ilə təmin edilməsində böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, Avropanın cənub bölgələri bu yolla enerji ilə təmin oluna bilər. Amma yenə də bu kontekstdə o qeyd etdi ki, bu ölkələr də demokratikləşməli və korrupsiyadan azad olmalıdır. Çünki hökumətlərin şəffaf olması və bu ölkələrin vətəndaşlarının bu prosesdə hökumət qədər fayda görməsi vacibdir və korrupsiya ilə mübarizə də bu prosesin olduqca mühüm bir hissəsidir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG