Accessibility links

Mirvari Qəhrəmanlı: İxtisara salınan neftçilərin hüquqları qorunmalıdır [Video-müsahibə]


Mirvari Qəhrəmanlı: İxtisara salınan neftçilərin hüquqları qorunmalıdır
please wait

No media source currently available

0:00 0:08:18 0:00

Mirvari Qəhrəmanlı: İxtisara salınan neftçilərin hüquqları qorunmalıdır

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının Amerikanın Səsinə müsahibəsi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində “Bahar” Neft-Qaz Çıxarma Əməliyyat Şirkətində fəhlələrin aksiyası, Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) gözlənilən struktur dəyişikliyi və ixtisarlardan danışıb.

Onun sözlərinə görə, “Bahar” Neft-Qaz Çıxarma Əməliyyat Şirkətindən işdən azad edilən fəhlələrlə şirkət rəhbərliyi arasında danışılqar olub.

Şirkətin icraçı direktoru Əmir Mahmudzadə işdən azad edilən 100-ə qədər fəhləni qəbul edib. Vədlərə görə, bütün fəhlələr yox, sosial baxımdan ehtiyacı daha çox olan fəhlələrin yenidən işə qəbul edilməsi ehtimalı var.

“Bahar” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “Qum adası” Neft-Qaz Çıxarma İdarəsinin bazasında yaradılıb.

Nefrçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri “Bahar” şirkətində və ARDNŞ-də ixtisarları labüd sayır. Onun fikrincə, neft sektorunda struktur islahatları aparılmalıdır.
“Bu islahatlar hətta gecikib. Amma, ixtisarlar aparılanda əməkçilərin hüquqları qorunmalıdır”.

Qəhrəmanlının dediyinə görə, 2014-cü ildə ARDNŞ-də 3000-dək işçi ixtisar edilə bilər.
Öz növbəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bu günlərdə APA agentliyinə bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.

"İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir".

"Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz" İstehsalat "Birliyində də aparılacaq", - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG