Accessibility links

Amnesty International Misirdə polis və hərbi xidmətçilərin məsuliyyətə cəlb edilməsinə çağırır


Amnesty International Misirdə polis və hərbi xidmətçilərin nümayişçilərə qarşı zorakılıqlara görə məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün islahatlar aparılmasına çağırıb.

İnsan hüquqları təşkilatının son hesabatlarının birində deyilir ki, istintaqın nəticəsi olaraq, polis tərəfindən nümayişçilərin öldürüldüyü, döyüldüyü və işgəncələrə tabe tutulduğu sübut edilib. Hesabatda nümayişçilərin hərbi məhkəmələrdə mühakimə edildikləri, lakin zorakılıqların məsuliyyətini daşıyan əsgərlərin müstəqil və mülki məhkəmələr qarşısına çıxarılmadığı bildirilir.

Amnesty International ictimai etimadın bərpası üçün islahatların mühümlüyünü vurğulayır.
XS
SM
MD
LG