Prezidentin əleyhdarları Təhrir meydanında hakimiyyət dəyişikliyini bayram edirlər
Misirin müdafiə naziri Əbdülfətah əl-Sissi Qahirədə verdiyi açıqlamada Məhəmməd Mursinin daha prezident olmadığını və onun səlahiyyətlərinin Konstitutsiya Məhkəməsinin rəhbərinə həvalə edildiyini elan edib. Son xəbərlərə əsasən hərbi qüvvələr Müsəlman Qardaşlarının aparıcı liderlərini həbs etməyə başlayıblar.
Məhəmməd Mursi
- 1951-ci ildə Nil deltasında Şərqiyə şəhərində doğulub
- 1982-ci ildə Cənubi Kaliforniya Universitetindən doktorluq dərəcəsinə yiyələnib
- 2006-cı ildə islahatçı hakimləri dəstəkləyən etiraz aksiyalarına görə həbs edilib
- 2011-ci ildə demokratiya tərəfdarlarının nümayişləri başlayan zaman yenidən həbs edilib
- Azadlıq və Ədalət Partiyasının Müsəlman Qardaşları siyasi qanadına rəhbərlik edib
- Keyrat Əl-Şater seçkilərdən kənarlaşandan sonra Müsəlman Qardaşlarının prezidentliyə namizədi olub
Açıqlamadan az sonra Təhrir meydanına toplaşmış nəhəng izdiham bayram etməyə başlayıb. Mursi əleyhdarları prezidentin devrilməsini atəşfəşanlıqla qeyd ediblər.
Prezident xalqın məqsədlərinə nail olmadı.
General Əbdülfətah əl-Sissi
Hərbçilərin verdiyi bəyanata əsasən Ədli Mənsur Misirin müvəqqəti dövlət başçısı olacaq.
"Prezident xalqın məqsədlərinə nail olmadı," deyən cənab əl-Sissi həmçinin Konstitutsiyanın icraatının müvəqqəti olaraq dayandırldığını bəyan edib.
Müdafiə naziri bəyanat verərkən onun yanında generallar və Misirin müxtəlif dini liderləri əyləşiblər.
Məhəmməd Mursi
Məhəmməd Mursinin təmsil etdiyi Müsəlman Qardaşları yaydıqları bəyanatda "milyonlarla adamın çevrilişi pislədiyini və prezidentin legitimliyini dəstəklədiyini" bildirib. Qurum baş verənləri "sabiq rejimin geri qayıtması" kimi təsvir edib.
Müxalifət lideri Məhəmməd əlBaradei hərbçilərin atdıqları addımın "Misir xalqının arzularına uyğun olduğunu" söyləyib. O, erkən prezident seçkilərinin keçiriləcəyinə ümid bəslədiyini deyib.
Misirin ilk demokratik seçkilərdə seçilmiş prezidentini hərbi qüvvələr Məhəmməd Mursi səlahiyyətləri paylaşmaqdan imtina etdikdən və verilən ultimatuma məhəl qoymadıqdan sonra deviriblər.
Ötən bir neçə gündə bütün ölkə boyu nəhəng nümayişlər Misirdə siyasi gərginliyi yüksək həddə çatdırıb.
Hərbçilərin Mursiyə verdikləri 48 saatlıq ultimatum bitər-bitməz, əsgərlər paytaxt boyu əsas binaları nəzarət altına alıblar.
Dövlətə məxsus Əl-Əhram qəzetinin yazdığına görə "Misir Silahlı Qüvvələrin Ali Komandanlığı yerli vaxtla axşam saat 7-də Məhəmməd Mursiyə onun artıq respublikaya prezident olmadığını söyləyib."
Bu gün Misir boyu baş verən zorakılıqlarda azı 8 adam ölmüş, yüzlərlə adam yaralanmışdır.
Misirdə etiraz nümayişləri
1/11Misir prezidenti Məhəmməd Mursinin istefası tələbi ilə etiraz nümayişlərinin iştirakçısı Mursinin divarda çəkilmiş şəklinin qarşısında əyləşib.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
2/11Misirin islamçı prezidenti Məhəmməd Mursinin tərəfdarları prezident sarayı yaxınlığında Rabia Əl-Ərəbiyyə məscidinin qarşısında addımlayır.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
3/11Misir prezidenti Məhəmməd Mursinin istefası tələbi ilə etiraz nümayişlərinin iştirakçıları Qahirədə aksiya zamanı.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
4/11Misirin islamçı prezidenti Məhəmməd Mursinin 57 yaşlı tərəfdarı Sayed Saafan prezident sarayı yaxınlığında Rabia Əl-Ərəbiyyə məscidinin qarşısında təlim keçir.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
5/11Misirin islamçı prezidenti Məhəmməd Mursinin tərəfdarları prezident sarayı yaxınlığındakı Rabia Əl-Ərəbiyyə məscidinin qarşısında yaradılmış düşərgədə qəzet oxuyur.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
6/11Misirin islamçı prezidenti Məhəmməd Mursinin opponentləri prezident sarayının darvazasının önündə.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
7/11Misirin islamçı prezidenti Məhəmməd Mursinin tərəfdarları Qahirənin Nasser məhəlləsində mitinqdə iştirak edir.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
8/11Müsəlman Qardaşları təşkilatının Qahirənin Muqattam rayonundakı qərargahıan hücum edən nümayişçi Misirin milli bayrağını dalğalandırır.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
9/11Misir prezident Məhəmməd Mursi əleyhinə nümayişin iştirakçısı.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
10/11Qahirənin Muqattam rayonunda Müsəlman Qardaşları təşkilatının baş qərargahı Misir prezidenti Məhəmməd Mursiyə etiraz edən nümayişçilər tərəfindən hücumdan sonra.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.
Digər xəbərlərShow less
11/11Misir prezidenti Məhəmməd Murisiyə etiraz edən maskalı nümayişçi Qahirədə prezident sarayı qarşısında.
Misir prezidenti Məhəmməd Mursi ordu rəsmiləri ilə görüşüb. Müxalifətin prezidentin istefası tələbi ilə Təhrir meydanında etiraz aksiyaları davam edir.