Accessibility links

Misirdə rəqib düşərgələr nümayiş keçirir


Misirin yeni konstitusiyasını dəstəkləyən və onun əleyhinə çıxan minlərlə insan ümummilli referendumdan bir gün əvvəl izdihamlı nümayişlər keçiriblər.

Müsəlman Qardaşları və ultra-radikal Sələfist qruplar prezident Məhəmməd Mursinin təşəbbüslərini dəstəkləyir. Lakin liberal, dünyəvi və xristianlardan ibarət müxalifət qüvvələri İslam qanunlarının fərdi azadlıqlara təsir edəcəyindən və yeni qanunda qadın hüquqlarının təminat altına alınmamasından ehtiyat edir.

Ötən ay liberal və xristian millət vəkilləri onlara məhəl qoyulmadığına görə zalı tərk etdikdən sonra İslamçıların əksəriyyət təşkil etdiyi parlament səs çoxluğu ilə sənədi təsdiqləyib.
XS
SM
MD
LG