Accessibility links

Misirdə müvəqqəti hökumətin kabineti istefa verib


Misirin müvəqqəti hökumətinin baş naziri kabinetinin istefa verdiyini elan edib. Bu addım ölkənin hərbi lideri Abdel Fəttah Əl-Sissinin öz namizədliyini irəli sürməsinə yol aça bilər.

Hazem Əl-Beblavi bazar ertəsi televiziya vasitəsi ilə istefasını bəyan edib, amma qərarının səbəbini açıqlamayıb.

Baş nazir kabinetin iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşdiyini etiraf edib. Amma əlavə edərək bildirib ki, ölkədə vəziyyət o, ofisə gələndən bəri yaxşılaşıb.

Naziri dəstəkləyən müvəqqəti hökumət 2013-cü ilin iyul ayında Məhəmməd Mursi hakimiyyəti devrildikdən bəri Misiri idarə edirdi.

Misirdə yeni parlament seçkilərinin ardınca aprel ayında prezident seçkilərininin keçirilməsi planlaşdırılır.

Ordu lideri Abdel Fəttah Əl-Sissi hələlik prezidentliyə namizədliyini irəli sürəcəyini elan etməyib. Amma bir çox müşahidəçilər onun namizədliyini irəli sürəcəyi ehtimalının böyük olduğunu və geniş dəstək alacağına deyir.
XS
SM
MD
LG