Accessibility links

Misir ordusunun 8 əsgəri anti-terror əməliyyatlarında həlak olub


Silahlı Qüvvələrin bazar günü verdiyi məlumata görə, Misir ordusunun 8 əsgəri anti-terror əməliyyatlarında həlak olub.

Silahlı qüvvələrin bəyanatında deyilib ki, döyüşlər son zamanlar İslam Dövləti qrupuna sadiq yaraqlıların fəaliyyət göstərdiyi Sinayın şimalında baş verib. Lakin əsgərlərin həmin və ya başqa bölgələrdə öldürüldüyü bəlli deyil.

Bəyanatda Sinayın şimalında gedən döyüşlər zamanı səksən doqquz nəfər adətən şübhələnilən silahlılara istinad etmək üçün istifadə edilən "təkfirçi" adlandırılan çox təhlükəli militantların öldürüldüyü bildirilib.

Əməliyyatlar zamanı ordu müxtəlif silah və sursat ələ keçirib, yüzlərlə partlayıcı qurğu və partlayıcı kəmərləri məhv edib. Qəzza zolağı və İsraillə həmsərhəd olan Şimali Sinay bölgəsinə sızmaq üçün istifadə olunan 13 tunelin girişi də dağıdılıb.

Əməliyyatların nə vaxt keçirildiyi barədə dəqiq məlumat verilməyib.

Bəyanatda hərbi hava qüvvələrinin sərhədçilərlə koordinasiya olunmuş şəkildə ölkənin qərb və cənub sərhədlərinə daxil olmaq istəyən bəzilərində silah və döyüş sursatı olan 200 avtomobili məhv etdiyi bildirilir. Liviya qərbdən Misir, cənubdan isə Sudanla həmsərhəddir.

İslamçı militantların Şimali Sinayda hücumları 2013-cü ildə ordunun Müsəlman Qardaşlar Təşkilatının üzvü olan prezidenti Məhəmməd Mursini devirməsindən sonra artmağa başlayıb.

Rəsmi açıqlamalarda hücumlar zamanı yüzlərlə polis və əsgər, 1000-dən çox mülki şəxsin öldürüldüyü bildirilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG