Accessibility links

Misirdə həbsdə olan amerikalı qadın azad edilib


Misirdə bir ilə yaxın həbsdə olan amerikalı müəllimə azad edilərək, vətəninə qayıdıb.

47 yaşlı Rim Desuki həbsdə mühakiməsiz saxlanmışdı. İkili vətəndaşılığı olan müəllimə Qahirə hava limanında oğlu ilə bərabər 2019-cu ilin iyul ayında nəzarət altına alınmışdı.

O, Facebook səhifəsində Misir hökumətini tənqid etmək itthamı ilə üzləşmişdi. Təhlükəsizlik rəsmiləri Desoukinin telefonunu müsadirə etmiş və onu sosial mediada paylaşdığı fikirlərinə dair sorğu-suala çəkmişdi.

İnsan haqları təşkilatları onun həbsinin arbitrar və siyasi motivli olduğunu deyib.

"Dövlət Departamenti xaricdə olan ABŞ vətəndaşlarının təhlükəsziliyini və rifahını hər şeydən üstün tutur" - deyə, sözçü Morqan Ortaqus Desukinin azadlığını alqışlayıb.

Misirdə onlayn tənqidçilərin həbsləri qeyri-adi hal olmasa da, bu il amerikalı Müstafa Kasemin həbsdə ikən ölümü diqqətləri cəlb etmişdi.

Ötən ay ABŞ dövlət katibi Mayk Pompeo qanunsuz olaraq Misir həbsxanasına yerləşdirildiyində israr edən Amerika vətəndaşının məhbəsdə ölümü ilə əlaqədar Misir prezidentinə “hiddətini” ifadə edib.

Pompeo Mustafa Kasemin “mənasız və faciəli ölümü” ilə bağlı narahatlığını Misir prezidenti Əbdül Fəttah Əl-Sissiyə Berlndə Liviyada vətəndaş müharibəsinin sona çatdırılması məqsədilə keçirilən sülh sammiti çərçivəsindəki görüşü zamanı bildirib.

Nyu-Yorkda avtomobil hissələri satıcısı olan Mustafa Kasemin ölümü hüquq müdafiə qrupları tərəfindən kəskin qınanıb və eyni zamanda Misir həbsxanalarında tibbi səhlənkarlıqla bağlı ittihamların səsləndirilməsinə gətirib çıxarıb.

Bu hadisə diqqətləri Vaşinqtonun əvvəllər hərbi general olmuş prezident Əl-Sissinin hakimiyyəti dövründə insan hüquqları pozuntuları ilə bağlı artan narahatlıqlara baxmayaraq, Misirlə sıx təhlükəsizlik və diplomatik əlaqələr qurmasına yönəldib.

6 il həbsdə olan Qasım saxta ittihamlarla həbs edildiyini deyərək, keçirdiyi aclıq aksiyasından sonra yanvar ayında vəfat etmişdi. Hadisə Tramp administrasiyasının ciddi qınağına və hətta ABŞ-ın Misirə hərbi yardımının dondurulması çağırəşlarına səbəb olmuşdu.

Mustafa Kasem 2013-cü ildə islamçıların yüzlərlə insanın ölümülə nəticələnmiş oturaq aksiyasının qəddarlıqla dağıdıldığı zaman həbs edilib. O, hökumətin fərqli düşünənləri susdurmaq üçün çox vaxt istifadə etdiyi mübahisəli etiraz qanununa əsasən 15 il azadlıqdan məhrum edilib.

ABŞ qanunvericiləri Tramp administrasiyasına Desukinin azadlığına görə təqzyiq göstərmişdi.

"Kasemin ölümündən sonra Desukinin işi ilə yüksək səlahiyyətli rəsmilər məşğul olurdu. Biz hesab edirik ki, Misir onu azad etməklə, artmaqda olan təzyiqləri minimuma endirməyə çalışıb" - deyə, Desukinin işi ilə yaxından məşğul olan Azadlıq Təşəbbüsü Təşkilatından Məhəmməd Sultan bildirib.

Azadlıq Təşəbbüsü Təşkilatı cib telefonu ilə yaydığı videoda Desukinin güldüyü və yaxınlarını qucaqladığı görünür. Əlcək taxsa da onun sosial məsafə saxlamaq üçün hədsiz dərəcədə həyəcanlı olduğu da diqqətdən qaçmır.

Misirdə insan haqları durumuna dair tənqidlər keçən həftə sonu daha da artıb. Belə ki, satirik film çəkdiyinə görə kino-rejissor Şadi Habaşın həbsinə dair xəbərlər yayılıb. Onun çəkdiyi musiqili filmdə prezident Əbdel Fəttah Əl-Sissinin qəfil ölümü göstərilir. Ölümün səbəbləri məlum olmasa da, bu, Misir həbsxanalarında mühakiməsiz saxlanılan məhbusların ölümcül şəraitinə işıq salır.

Azadlıq Təşəbbüsü Təşkilatının bildirdiyinə görə, Misirdə azı 5 amerikalı mühakiməsiz həbsdə saxlanılır. Desukinin ötən yay onu həbsxanada ziyarət etmək üçün Misirə səfər edən qardaşı Nur da onlar arasındadır.

Əl-Sissinin 2013-cü ildə hakimiyyətə gəlməsindən sonra Misirdə fərqli düşünənlərə qarşı geniş təqiblər həyata keçirilib və minlərlə insan həbs edilib.

Misir hökuməti insan haqları pozuntularına dair ittihamları rədd edir, həbs edilənlərin milli təhlükəsizliyə hədə olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG