Accessibility links

Misirin insan haqları qrupunun həbsdə olan üç əməkdaşı sərbəst buraxılıb


Misirin insan haqları qrupunun həbsdə olan üç əməkdaşı cümə axşamı sərbəst buraxılıb.

Misir Fərdi Hüquqların Qorunması Təşəbbüsü Qrupunda (EIPR) işləyən şəxslər bir ay əvvəl terrorçu təşkilata qoşulmaq və sosial mediada yalan məlumatlar yaymaq ittihamı ilə həbs edilmişdi.

Həbslər Qərb diplomatlarının Misirdə insan haqlarının vəziyyətini müzakirə etmək üçün həmin üç nəfərlə görüşməsindən bir neçə gün sonra baş verib.

"Xarici diplomatlarla görüşmək cinayət deyil," ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydennin dövlət katibi seçdiyi Entoni Blinken Twitter səhifəsində yazıb.

Qasir Əbdül Razek, Kərim Ennarah və Məhəmməd Bəşirin həbsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Aktrisalar Skarlet Yohanson və Emma Tompson da insan haqları qrupunun əməkdaşlarının sərbəst buraxılmasını tələb edən dünya çağırışlarına qoşulub.

Şəxsi Hüquqların Qorunması Təşəbbüsü Qrupu Twitter səhifəsində əməkdaşlarılnın sərbəst buraxıldığını təsdiq edib.

Fərdi Hüquqların Qorunması Təşəbbüsü Qrupu prezident Əbdül Fətah Əl-Sissinin müxalifət partiyaları, demokratiya tərəfdarları və jurnalistləri sərt şəkildə təqib edən Misirdə az sayda qalan insan haqları qrupundan biridir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG