Misir rəsmiləri bildirir ki, Sinay yarımadasında hərbi keçid məntəqəsinə intiharçı maşın bombası hücumu nəticəsində 23 əsgər həlak olub, 33-ü yaralanıb.
İlin ən ağır hücumu olan bu hadisədə həlak olanlar arasında xüsusi qüvvələrin polkovniki Əhməd Əl-Mənsi də olamaqla, 5 zabit var.
Cümə günü Rəfah şəhəri yaxınlığında baş verən hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Hücumdan sonra yaraqlılar məntəqəni talan edib, silah, hərbi sursat ələ keçirirək qaçmağa nail olub.
Misir 2013-cü ildə böyük etirazlardan sonra islamçı prezident Məhəmməd Morsini hakimiyyətdən devirəndən bəri İslam Dövləti qrupuna qarşı mübarizə aparır.