Accessibility links

Misirin Sinay yarımadasında əsgərlərə qarşı hücum olub


Misir rəsmiləri Sinay yarımadasında avtomobilə yerləşdirilmiş iki bombanın partlaması nəticəsində azı 6 əsgərin öldüyünü, 17-sinin isə yaralandığını deyib.

Bu regionda islamçı yaraqlıların zorakılıqlarının artdığı deyilir.

Başqa bir partlayış fələstinlilərin məskunlaşdığı Qəzza Zolağı ilə sərhəd Rəfah şəhərində hərbi kəşfiyyat binası və hıərbi yoxlanış məntəqəsini hədəf alıb.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb. Lakin ordu hücumda islamçı yaraqlıları təqsirləndirir.

İyul ayında ordu islamçı prezident Məhəmməd Mursini hakimiyyətdən devirdikdən sonra ölkədə zorakılıqlar vüsat alıb.
XS
SM
MD
LG