Accessibility links

Misirdə koronavirusla bağlı məlumat verən həkimlər və jurnalistlər həbs edilir


Misirin zəif səhiyyə sistemi haqqında məqalə yazan bir həkim həbs olunub. Onlayn-da qoruyucu marerialların çatışmazlığı barədə danışan bir əczaçı isə işdən çıxarılıb. Koronavirusla bağlı rəsmi rəqəmləri şübhə altına alan bir redaktor evindən aparılıb. Hamilə bir həkim həmkarının onun telefonundan istifadə edərək, koronavirusla bağlı məlumat verməsindən sonra həbs olunub.

Misir rəsmiləri sürətlə yayılan koronavirusla mübarizə apararkən, ölkənin təhlükəsizlik orqanları prezident Əbdel Fəttah Əl-Sissi hökumətinin səhiyyə böhranının aradan qaldırılması ilə bağlı addımlarına qarşı tənqidləri boğmağa çalışır.

İnsan haqları qrupları fevral ayında virus Misirdə ilk dəfə baş qaldırandan bəri azı 10 həkim və 6 jurnalistin həbs olunduğunu, tibb işçilərinin cəzalandırılmamaları üçün müdirləri tərəfindən səssiz qalmağa məcbur edildiyini bildirib. Bir xarici müxbir həbs olunmaqdan qorxduğu üçün ölkədən qaçıb, digər iki nəfərə isə “peşə qanununu pozduğu” üçün töhmət verilib.

Koronavirus 100 milyonluq ölkədə artmaqdadır və xəstəxanalarda yer olmamaq qorxusu var. Bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi 76 min 253 yoluxma, 3 min 343 ölüm halının qeydə alındığını bildirib. Bu, ərəb dünyasında ən yüksək ölüm halları olan ölkədir.

XS
SM
MD
LG