Accessibility links

Misir prezidenti 100 məhkumu azad edib


Onlar arasında Əl-Cəzirə jurnalistləri də var

Cümə axşamı Misir prezidenti Əbdül Fəttah Əl-Sisinin onlarla məhbusu əfv etməsindən sonra iki Əl-Cəzirə jurnalisti həbsxanadan azad edilib.

Jurnalistlər yalan xəbər yazmaqda ittiham olunaraq həbs edilmişdilər.

Fəhmi və Məhəmməd avqust ayında 3 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar fəaliyyətinə qadağa qoyulmuş Müsəlman Qardaşları qrupunu dəstəkləyən “saxta” xəbər yazmaqda ittiham olunurdular.

Digər bir jurnalist, avstraliyalı Piter Qreste də məhkum edilib, lakin o, bu ilin əvvəli Misirdən deportasiya olunub. Onun əfv olunub-olunmadığı isə naməlumdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG