Accessibility links

Misirdə izdihamlı məscidə hücum


Misirin təhlükəsizlik qüvvələri izdihamlı məscidə hücum zamanı 235 adamın həyatını itirdiyini bildirib.

Rəsmilərin bildirdiyinə görə, ekstremistlər Sinay yarımadasında Bir Əl-Abed şəhərindəki Ravdah məsçidini hədəf alıb.

4 maşında silahlılar cümə namazı zamanı məsçidi güllə yağışına tutub.

Şahidlərin dedidiynə görə, cəsədlər hadisə yerindən təcili yardım maşınları ilə daşınıb.

Misirdə adətən yaraqlılar təhlükəsizlik qüvvələrini hədəf alsa da, son zamanlar Misirin xristian kilsələri və xristian zəvvarlara qarşı hücumlar həyata keçirir.

Bundan əlavə Misirin təhlükəsizlik qüvvələri son 3 il ərzində yüzlərlə polis işçisi və əsgərləri qətlə yetirən İslam Dövləti qrupuna qarşı mübarizə aparır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG