Accessibility links

Misir təhlilçiləri: Morsinin inaqurasiyası hakimiyyət uğrunda mübarizənin ilk göstəricisi olacaq


Hərbi şura inaqurasiyanın konstitusiya məhkəməsi, Morsi isə parlament qarşısında olacağını bildirib

Misirdə prezident seçilmiş Məhəmməd Morsi şənbə günü and içərək rəsmi olaraq vəzifələrinin icrasına başlayacaq. Ölkənin yeni liderinin inaqurasiya ətrafında hazırda mübahisə gedir və təhlilçilər ilk gündən başlayaraq cənab Morsini qarşıda böyük sınaqlar gözlədiyini deyir.

Misirdə hazırda hakimiyyətdə olan hərbi şura Morsinin andiçmə məraasiminin konstitusiya məhkəməsi binasının qarşısında keçiriləcəyini bildirir. Lakin prezident seçilmiş Morsi hərbi şuranın buraxdığı parlement binası qarşısında and içəcəyini bildirib.

Təhlilçilər cənab Morsi və bu həftə siyasi səhnəni tərk edəcəyinə bildirən hərbi şura arasında hakimiyyət uğrunda qarşıda uzun bir mübarizə gözlədiklərini bildirir.

İnternetdə Monokl adlı xəbər səhifəsinin redaktoru Rania Əl-Məlki andiçmə mərasiminin keçiriləcəyi yerlə bağlı mübahisənin ciddi olduğunu deyir: “Morsi parlament qarşısında andiçəcəyi vədinə əməl etməsə, bu, vəziyyətin ümumi tonuna bir işarə olacaq.”

Əl-Məlki və başqaları hərbi şura daxilində problemlərin cənab Morsi üçün ən böyük sınaq olacağını bildirir. Lakin onlar eyni zamanda Hüsnü Mübarəkin hakimiyyətdən devrilmiş hökumətinin digər strukturlarında da onun üçün çətinliklər yaradacağını deyir. Rania Əl-Məlki:“O düşmən bir mühitə daxil olur. Əvvəlki rejimin qalıqları dövlətdə börokratik sistemə hələ də nəzarət edir və mənə elə gəlir ki, belə bir düşmən mühitdə onun fəaliyyət göstərməsi çətin olacaq.”

Siyasi fəal və bloqqer Vael Xəlil cənab Morsinin müqavimətlə qarşılacağını bildiyini deyir: “Hakimiyyətə gəldikdən sonra əvvəlki rejimdən yaxa qurtarmaq olmur. Köhnə rejimdə bütün qaranlıq qarpıları açmaq üçün açar yoxdur.”

Müşahidəçilərin böyük hissəsi deyir ki, cənab Morsi təhlükəsizlik və iqtisadi sahələr kimi güc mərkəzləri ilə işləməli olacaq. Xəlil gözləntilərin yüksək olduğu ilə bağlı suallar qaldırır və cənab Morsinin tez bir müddət ərzində fəaliyyət göstərməli olduğunu deyir: “Ən böyük çətinlik bütün problemlərin dərhal deyil, real problemlərin tez zamanda həll edilməsi və vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Lakin o, misirlilərin böyük əksəriyyətinin hələ də inqilabdan gözlədiklərini ala bilməsini təmin etməlidir. “

Misirin yeni lideri hakimiyyətin tam müəyyənləşmədiyi, cəmiyyətdə şübhələrin mövcud olduğu və hərbi rəhbərlərin hələ də güclü qaldığı bir şəraitlə qarşılaşır və bunun ilk təzahürü onun inaqurasiya günü məlum olacaq.
XS
SM
MD
LG