Accessibility links

Misir Mübarəksiz beşinci ilini qeyd edir [Təhlil]


Bu gün misirlilərin Hüsni Mübarəkə qarşı etirazlarından beş il keçir. Bu etirazlar Yaxın Şərq boyu üsyanların başlamasına səbəb olmuşdu.

Üç həftə müddətində paytaxt Qahirədə Mübarəkin etirazçılara qarşı təhlükəsizlik qüvvələrindən istifadə etməsinə baxmayaraq 30 il hakimiyyətdə olan sabiq prezident postunu tərk etməli oldu.

Hazırki prezident Əbdül-Fəttah əl-Sissi bazar günü 2011-ci ildə baş vermiş etirazları alqışlayaraq, bunun "Yeni Misiri" gətirdiyini deyib.

Qadağa olunmuş qrup

O, Müsəlman Qardaşları təşkilatını nəzərdə tutaraq digərlərini bu nümayışləri öz mənfəətləri üçün istifadə etməkdə ittiham edib. Müsəlman Qardaşları partiyasının Mübarəkin devrilməsindən sonra seçkilərdə qələbə çalaraq hakimiyyətə gəlməsinə baxmayaraq daha sonra bu təşkilatın fəaliyyətinə qadağa qoyulub.

Sissi rəhbərliyi 2013-cü ildə Müsəlman Qardaşları təşkilatının üzvü prezident seçilmiş Məhəmməd Mürsini hakimiyyətdən bir il sonra devirərək yeni konstitusiyanın və yeni seçkilərin keçirilməsinə və Sissinin prezident seçilməsinə səbəb oldu.

İnsan haqları qrupları Sissi hakimiyyətini kəskin şəkildə tənqid edərək hazırkı vəziyyətin Mübarək vaxtlarını xatırlatdığını deyirlər.

Onlar demokratik institutlar üzərində güclü təzyiqlərin olduğunu və Sissiyə qarşı olan, əsasəndə Müsəlman Qardaşları təşkilatının üzvlərinin həbs olunduğunu deyirlər.

İnsanlar həbs olunur

Rəsmilər yaxın günlərdə bazar ertəsi günü etiraz aksiyası keçirməyi planlaşdıran şəxsləri həbs edib.

Müsəlman Qardaşlarına aid internet səhifələrindən biri insanları Misir boyu azadlıq meydanlarında toplaşaraq "azadlıq, ədalət və insan haqları" şüarları səsləndirməyə çağırıb.

2011-ci ilin etirazlarının mərkəzi Qahirənin Təhrir meydanı olub. Meydanda insanlar gecə-gündüz toplaşaraq Mübarəkin istefasını tələb etmişdilər.

Onlar təhlükəsizlik qüvvələrinin silahdan istifadə etmələrinə baxmayaraq meydanı tərk etməmiş və sonda Mübarəkin istefasını 100 minlərlə insan birlikdə qeyd etmişdi.

XS
SM
MD
LG