Accessibility links

Misir arxeoloqları 3 000 illik 30 tabut aşkar edib


Misir arxeoloqları 3 000 illik 30 tabut aşkar edib
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Misir arxeoloqları 3 000 illik 30 tabut aşkar edib

Misirdə bu yaxınlarda Luksor şəhərində aşkar edilən, rəsmilərin son 100 ildə ən böyük arxeoloji tapıntı adlandırdığı 30 qədim taxta tabut ictimaiyyətə nümayiş etdirilib. Rəsmilər mediaya nümayiş etdirilmiş 3 min illik tabutların uzun illərdən sonra arxeoloji qazıntıların bərpa edilməsi ilə tapılan qədim əşyaların yalnız bir hissəsi olduğunu deyir.

Arxeoloji tapıntılar Luksorun Krallar Vadisindəki “Hatşepsot Məbədi”nin qarşısında nümayiş etdirilib. Misirin əntiq naziri Xalid Əl-Anani 23 kişi, 5 qadın və 2 uşağın qalıqları olan tabutların Əl-Əsasif qəbiristanlığında dəfn edildiyini bildirib. “Onların hamısı ayrı-ayrılıqda boyanıb və xüsusi maddələrdən istifadə edilərək qorunub. Və indi biz həmin tabutlardan ikisini media qarşısında açacağıq.”

Rəsmilər qalanlarının yolda olduğunu deyir. Mustafa Əl-Vəziri: “Hələ işimizi başa çatdırmamışıq. Qazıntılar davam edir və nazirin göstərişi ilə biz medianı tabutların aşkar edildiyi yerə aparacağıq. Həmin yer buradan 200 metrlikdədir.”

2011-ci ildə Misirdə başlayan siyasi böhran arxeoloji qazıntıların tamamilə dayanmasına səbəb oldu. Lakin rəsmilər layihələrə yenidən başlandığını deyir. “Polis və hərbi qüvvələrin yardımı ilə təhlükəsizlik və stabillik qorunur və 250 xarici ekspedisiya da daxil edilməklə, Misir boyu arxeoloji qazıntılar davam edir” deyə, Misirin əntiq naziri Xalid Əl-Anani bildirir.

Sonuncu tapıntının əhəmiyyəti nədədir? Misir arexeoloruZahi Həvass: “Bu bizim misirşünas kimi axirət inanclarına dair biliyimizi – gözəl səhnələr, rənglər, dini səhnələr, Ölülər Kitabının hamı üçün, o cümlədən sadə xalq, şahlar və kahinlər üçün dəyəri barədə biliyimizi zənginləşdirəcək. Məhz buna görə bu tapıntı olduqca mühümdür."

Şənbə günü açılan tabutlar illər boyu xaricilərin rəhbərlik etdiyi arxeoloji qazıntılardan sonra Misir tərəfindən aşkar edilən ilk tapıntıdır. Gələn il Giza piramidaları yaxınlığında açılacaq Böyük Misir Muzeyində nümayişə göndərilənə qədər tapıntılar üzərində bərpa işləri aparılacaq.

Yeni muzeydə bir sıra qədim tapıntıları nümayiş etdirməklə, Misirin uzun illər lideri olan Hüsnü Mübarəkin devrildiyi 2011-ci il qiyamından sonra siyasi qeyri-sabitliyə düçar olmuş turizm sektorunu canlandıracağına ümid edilir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG