Accessibility links

Misirdə polis məmuru 15 il həbs cəzası alıb


Misir məhkəməsi bu il Qahirədə bir etirazçı qadını öldürülməsinə görə polis məmuruna 15 il həbs cəzası verib.

Fəal Shaimaa əl-Sabbaghın "ölümünə səbəb olan " zabitə cinayətindən daha az cəza kəsilib.

Polisin ona atəş açması polis vəhşiliyi kimi qiymətləndirilərək, bir çox misirlinin qəzəbini alovlandırıb.

Əl-Sabbagh yanvar ayında Qahirənin Təhrir Meydanında 2011-ci ilin yanvar qiyamı zamanı öldürülən nümayişçilərin anım tədbirinə qatıldıqda öldürülüb.

Qiyamların 4-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə daha 15 etirazçi qətlə yetirilib.

XS
SM
MD
LG