Accessibility links

Misirdə prezident seçkiləri keçirilir


Bu gün Misirdə prezident seçkisi keçirilir. Seçkinin qalibinin hazırkı prezident Əbdel Fəttah Əl-Sissinin olacağı gözlənilir.

Sissinin seçkidə bir rəqibi var. Bu da namizədliyini irəli sürmədən öncə Sissini dəstəkləyən Musa Mustafa Musadır.

Bir neçə digər namizəd ya həbs olunub, ya da namizədliklərini geri çəkməyə vadar edilib. Müxalif partiyalar seçkini boykot etməyə çağırıb.

Sissi bazar ertəsi Qahirə yaxınlığında yerləşən Heliopolis şəhərindəki qız məktəbində səs verib. O, heç bir şərh verməyib və seçki işçilərinin əlini sıxaraq, seçki məntəqəsini tərk edib.

Seçkilər üç gün davam edəcək. Rəsmi nəticələr aprelin 2-də açıqlanacaq.

Sissinin qalib gələcəyi gözlənilsə də, diqqət seçici fəallığına yönəlib.

O, 2013-cü ildə prezident Məhəmməd Morsini devirəndən sonra hakimiyyətə gəlib, 2014-cü ildə keçirilən seçkidə isə səslərin 97 faizini qazanıb.

XS
SM
MD
LG