Accessibility links

Misir prezidentliyinə namizəd Əhməd Şafiq mətbuat konfransı keçirib


Misir prezidentliyinə namizəd Əhməd Şafiq Hüsnü Mübarəki devirən inqilabı alqışlayaraq, prezident seçildiyi təqdirdə keçmiş rejimin bir daha yaradılmayacağına vəd verib.

Bu gün keçirdiyi mətbuat konfransında Şafiq Misir xalqını birliyə səsləyib. O, yeni hökumətdən heç kimin xaricdə qalmayacağını deyib. Əhməd Şafiq Misirin sabiq baş naziridir.

Seçki rəsmilərinin bildirdiyinə görə, nəticələr rəsmən çərşənbə axşamı günü elan ediləcək.

Ümumilikdə prezident yarışlarına 12 namizəd qoğulub. Üstünlük əldə edən iki namizəd arasında təkrar seçkilər iyun ayının 16-sı və 17-si keçiriləcək.

Seçkiləri ümumilikdə ədalətli adlandıran müşahidəçilər arasında ABŞ-ın sabiq prezidenti Cimmi Karter də olub.

XS
SM
MD
LG