Accessibility links

Misirdə qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 49 adam həlak olub


Misirin Manfalut kəndin yaxınlığında sürətli qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 49 adam həlak olub. Ölənlərin əksəriyyəti azyaşlı uşaqlardır.

Paytaxt Qahirədən 300 km-lik məsafədə baş verən qəzada 18 adam xəsarət alıb. Avtobus 4-6 yaşlı 60 uşaqla dolu olub.

Vilayət valisi Yəhya Keşkin bildirdiyinə görə, dəmir yolu şlaqbaumu açıq olduğu üçün qatarla avtobus toqquşub. Hadisə vaxtı yatmış olan məntəqə işçisi nəzarət altına alınıb.

Qəzadan dərhal sonra nəqliyyat naziri Məhmməd Rəşad istefa verib.

Prezident Məhəmməd Mürsi qurbanların ailələrinə yardım göstərilməsinə göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG