Accessibility links

Sissi 2030-cu ilədək hakimiyyətdə qala bilər


Bazar ertəsi Misirdə prezident Əbdel Fəttah Əl-Sissinin 2030-cu ilədək vəzifədə qalmasına imkan verəcək konstitusiya referendumunun üçüncü və sonuncu mərhələsi keçirilib.

Müxaliflər bildirir ki, referendum korrupsiyaya qarışıb və 2011-ci ildə ölkənin 30 illik diktatoru Hüsnü Mübarəkin devrilməsinə səbəb olan xalq üsyanı ilə başlanan demokratikləşdirmə prosesini başa vuracaq.

Tərəfdarları isə düşünür ki, referendum Misirin daha təhlükəsiz olmasına və ölkənin iqtisadi böhrandan çıxmasına kömək edəcək.

Əbdel-Fəttah Əl-Sissi
Əbdel-Fəttah Əl-Sissi

Əksər müşahidəçilər seçkinin nəticəsinin "Bəli" olacağını düşünür.

Yeni dəyişikliklər qəbul olunsa, Misir iqtisadiyyatında böyük bir gücə malik ordunun ədliyyə sistemindəki rolu da artacaq.

2013-cü ildə keçmiş prezident Məhəmməd Mursinin vəzifəsindən uzaqlaşdırılmasından sonra Sissi hökuməti müxalifətin həbsinə görə günahlandırılır.

Misir parlamenti bu dəyişiklikləri dəstəkləyib. Seçkinin nəticələri aprelin 27-də açıqlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG