Accessibility links

Misir ordusunun əməliyyatı nəticəsində Sinayda 12 yaraqlı qətlə yetirilib


Misir ordusunun sözçüsü Hərbi Hava qüvvələrinin vertolyotlarının ərazidə fəliyyət göstərən islamçı yaraqlıların məhv edilməsi məqsədilə İsraillə sərhəd bölgədə hücumlar həyata keçirdiyini bildirib. Bu hücumlar islamçı yaraqlıların İsrailin piotsuz idarə edilən raketi hücumu nəticəsində qrupun dörd üzvünün qətlə yetirildiyini bildirməsindən sonra keçirilib.

Misir mətbuatı islamçı yaraqlıların Sinay yarımadasında El Ariş kurortu yaxınlığında ordunun əsgərlərinə hücum etdiyi haqda məlumat verib. Zabitlərin klubunun mühafizəçi olan bir əsgər hücum vaxtı yaralanıb. Daha bir hücum Qəzza ilə sərhəd bölgədə yerləşən Şeyx Zaid şəhəri yaxınlığında həyata keçirilib. Son həftələr yaraqlıların orduya qarşı hücumları artırdığı müşahidə edilir.

Bu arada, Misir ordusu Apaçi vertolyotları vasitəsilə İsraillə sərhəddə yaraqlıların hədələrinə hücum edib. Ordunun bəyanatında Şyex Zavid şəhəri yaxınlığındakı Touma kəndində gecə keçirilən hücum zamanı 12 yaraqlarının qətlə yetirildiyi bildirilir.

Ordunun sözçüsü israilin islamçı yaraqlılara qarşı Misir ərazisində məsafədən idarə edilən qurğulardan hücum edildiyi haqda məlumatları təkzib edib. Beyt Əl-Müqəddəs adlı qrup İsrailin hücumu zamanı dörd üzvünün öldüyünü iddia edir.

İsrailin Müdafiə naziri Moşe Yaalon İsrailin Misirin suverenliyinə hörmət etdiyini və Misir ordusunun Sinay yarımadasında terrorizmə qarşı mübarizəni intensivləşdirməsini razılıq hissi ilə qarşıladığını bildirib.

Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatının sözçüsü Məhəmməd Baltaqi bu yaxınlarda deyib ki, Sinay yarımdasında hücumlar prezidentin hakimiyyətdə bərpa olmasından sonra dayandırılacaq.

Lakin Misirdə təhlilçilərin çox az hissəsi cənab Mursinin hakimiyyətə qaytırıla bilməsini mümkün sayır. Bəzi misirli təhlilçilər Sinay yarımadasında hərbi əməliyyatların Müsəlman Qardaşlarının və onların müttəfiqlərinin keçmiş prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinə reaksiya kimi qiymətləndirilməməli olduğunu deyir.

Misir mediasında artıq həftələrdir Müsəlman Qardaşları və onların Qəzzaya nəzarət edən müttəfiqi olan Həmas qrupunun hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirmək və hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursini hakimiyyətə qaytarmaq üçün “Azad Misir ordusu” yaratmağa çalışdığı haqda məlumatlar verilir.
XS
SM
MD
LG