ABŞ prezidenti Misirlə illik hərbi təlimlərin təxirə salınmasına göstəriş verib. Buna səbəb Misirin müvəqqəti hökumətinin nümayişçilərə divan tutması olub. Barak Obama ABŞ-ın təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı güc tətbiq etməsini kəskin şəkildə qınadığını deyib.
ABŞ dövlət başçısı "Bright Star" adlı hərbi təlimlərin təxirə salınmasını mülki əhalinin öldürülməsi şəraitində baş tuta bilməyəcəyini deyib.
Prezident Obama bəyanatını ailəsi ilə bərabər istirahətdə olduğu Martha's Vineyarddan verib.
Daha əvvəl Misir hadisələrinə ABŞ dövlət katibi Con Kerri münasibət bildirmişdi. O, nümayişçilərə qarşı zorakılıqları qınayaraq, əhalini insan tələfatına yol verilməməsi naminə geri çəkilməyə çağırmışdı.
ABŞ hər il Misirə 1.3 milyard dollarlıq hərbi, 250 milyon dollarlıq iqtisadi yardım göstərir.