Accessibility links

Misir və Efiopiya prezidentləri görüşüb


Misir və Efiopiya liderləri Nil çayının sularını bölüşdürülməsi üzrə danışıqlarda irəliləyiş əldə etdiyini söyləyir. Bu barədə ikitərəfli görüşlərdən sonra keçirilən mətbuat konfransında məlumat verilib.

Misir prezidenti Əbdülfəttah Əl-Sisinin sözlərinə görə, onun ölkəsi və Efiopiya tikilməkdə olan Renesans bəndi ilə bağlı yekun razılaşma əldə etmək üçün çalışırlar.

Əbdülfəttah Əl-Sisi əlavə edib ki, yekun razılaşma Nil sularının ədalətli bölüşdürülməsini və Efiopiyanın inkişaf etməsini təmin edəcək.

Tikintisi 4 milyard dollara başa gələcək olan Renesans bəndi başa çatdıqdan sonra Afrikanın ən böyük hidroelektrik bəndi olacaq.

Nil çayına iddia edən ölkələr Misir, Efiopiya və Sudan nəhəng bənd qurulduqdan sonra Nil sularının hansı şərtlər əsasında bölüşdürülməsilə bağlı aylardır danışıqlar aparır.

XS
SM
MD
LG