Accessibility links

Misirdə nazirlər kabinetinə yeni təyinatlar edilib


Baş nazir Hişam Qandi formal olaraq yeni kabinet üzvlərinin adlarını açıqlayıb

Misirin baş naziri maliyyə və xarici işlər nazirləri də daxil olmaqla yeni kabinetə təyinatlar edib.

Baş nazir Hişam Qandil cərşənbə günü Xarici İşlər naziri Kamel Amr və Maliyə naziri Mumtaz Əl-Səidlə görüşüb.

Prezident Məhəmməd Mursinin keçən həftə təyin etdiyi yeni baş nazir əvvəlki kabenetdə irriqasiya naziri vəzifəsini tutmuşdur. O, yeni kabinetin namizədlərin kvalifikasiyası əsasında seçildiyini bildirib.

Baş nazir Hişam Qandil vəzifəsinin icrasına ölkədə 18 ay davam edən siyasi iğtişaşlar, habelə yeni prezidentlə keçmiş prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra Misiri idarə etmiş hərbi elita arasında hakimiyyət uğrunda mübarizənin getdiyi şəraitdə başlayır.
XS
SM
MD
LG