Accessibility links

Misir ordusunun komandanı ABŞ-ı tənqid edib


Misir ordusunun komandanı Əbdül Fəttah Əl-Sisi Birləşmiş Ştatları onun keçən ay islamçı prezident Məhəmməd Mursini hakimiyyətdən salmasını açıq şəkildə dəstəkləmədiyinə görə kəskin tənqid edib.

Washington Post qəzetində dərc edilmiş məqalə Əl-Sisinin Obama administrasiyasının misirlilərə arxasını çevirdiyi və onların bunu heç vaxt unutmayacaqlarını dediyi bildirilir.

Ordu komandiri bu açıqlamaları ABŞ Dövlət katibinin müavini Vilyam Börnsün Qərbin tərəflər arasında vasitəçilik səylərinin bir hissəsi olaraq Qahirədə Misirin müvəqqəti hökumətinin liderləri və Məhəmməd Mursinin tərəfdarları ilə ayrı-ayrılıqda görüşlər keçirdiyi zaman verib.

Cənab Mursinin Müsəlman Qardaşları təşkilatı da Obama administrasiyasını tənqid edərək, iyulun 3-də ordu tərəfindən hakimiyyətdən devrilmiş keçmiş prezidentə qarşı dövlət çevrilişinə yol verməkdə ittiham edib.

Vaşinqton cənab Mursinin hakimiyyətdən devrilməsini dövlət çevrilişi adlandırmaqdan imtina edir. Bunu etdiyi təqdirdə ABŞ Yaxın Şərqdə mühüm müttəfiqi olan Misirə hərbi yardımı kəsmək məcburiyyəti qarşısında qala bilər.
XS
SM
MD
LG