Accessibility links

Misir təhlükəsizlik qüvvələri etirazçıların düşərgələrini dağıtmağa hazırlaşır


Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları arasında Qahirədə təhlükəsizlik qüvvələrinin etirazçıların düşərgələrini dağıtmağa hazırlaşdığı ilə bağlı xəbərlərə görə narahatlıqlar artmaqdadır.

Qərb və ərəb vasitəçilər, habelə Misir hökumətinin yüksək səviyyəli nümayəndələri yeni qanlı hadisələrə yol verilə biləcəyindən ehtiyat edərək, ordunu nümayişçilərə qarşı ifrat gücdən istifadə etməməyə çağırır.

Beynəlxalq mətbuat Misirin adı çəkilməyən rəsmilərinə istinadən təhlükəsizlik qüvvələrinin düşərgələri bazar ertəsi günündən başlayaraq mühasirəyə alacağı haqda məlumat verib.

Misirin müvəqqəti hökumətinin liderləri Ramazan bayramından sonra nümayişlərin dağıdılacağı ilə bağlı bir neçə dəfə xəbərdarlıq veriblər.
XS
SM
MD
LG