Accessibility links

Misirdə COVİD-ə yoluxma halları yenidən artdığı bir vaxt məscidlər və kilsələr açılmağa başlayıb


Qahirədə böyük məscidlər və kilsələr beş aydan çox müddətdir karantindən sonra keçən həftə sonu yenidən açılıb. Bu, Misirdə COVID-19-a yoluxma hallarının sayının həftələrdir azaldıqdan sonra yenidən artmağa başlamasının ardınca baş verir.

Keşişin ibadətçilərdən koronavirusa qarşı tədbir almalarını tövsiyə etməsinə baxmayaraq, izdihamlı bir kilsədə yalnız bir neçə nəfər maskada olub.

İbadətdən sonra 32 yaşlı Moza Nəzmi ibadətə adətən olduğundan daha çox insanın gəldiyini, pandemiyanın insanların çoxunun ölüm barədə düşünmələrinə səbəb olduğuna inandığını deyib.

Lakin o, insanların təhlükəsizlik tədbirləri görmədiklərinin onu təəccübləndirdiyini bildirib.

Şəhərin başqa bir hissəsində yerləşən və cümə günü ibadətə açılan Əl-Əzhər məscidində koronavirusa qarşı tədbirlər daha sərt tədbirlər görülüb.

İbadət edənlər maskalar taxıb və namaz xalçalarını bir-birlərindən təxminən bir metr aralı salıb.

Son həftələr Misirdə COVID-19-a yeni yoluxma hallarının sayı azalmağa başlamışdı. Lakin keçən həftədən başlayaraq, gündə orta hesabla 180 yeni yoluxma halının qeydə alınması ilə bu tendensiya dəyişib.

Bəzi misirlilər ibadət yerlərinin yenidən açılmasının virusun fəlakətli şəkildə yenidən yayılmasına səbəb ola biləcəyindən narahatdır.

Dünyanın bir çox yerində olduğu kimi, Misirdə də insanlar pandemiyanın nə vaxt başa çatacağını və insanların nə vaxt təhlükəsiz olacağını bilmədən məhdudiyyətləri aradan qaldırılmağa başladığını deyir.

XS
SM
MD
LG