Accessibility links

Misirdə II Ramzesin heykəli bərpa edilib


Misirdə II Ramzesin heykəli bərpa edilib
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Bir zamanlar 70 müxtəlif parçaya bölünən nəhəng heykəl 12 metr, 45 tonluq orijinal vəziyyətinə qaytarılıb. Bu heykəl 3 min il öncə Misiri idarə edən II Ramzesə aiddir.

Heykəlin açılışı Misirin Sohaq vilayətində müxtəlif inkişaf layihələrinin bir hissəsidir. Bu layihələrə I Setinin məbədində qrunt suyunun səviyyəsinin azaldılması və üstü açılmayan son məbədin qazıntıları daxildir.

Qədim Misirin ən qüdrətli və məşhur hökmdarı, Böyük Ramzes kimi tanınan firon Misirin 19-cu xanədanından üçüncüsü idi və eramızdan əvvəl 1279-1213-cü illərdə Misirdə hökmranlıq edib.

O, bir sıra hərbi ekspedisiyalara başçılıq edib və Misir İmperiyasını şərqdə Suriyadan cənubda Nubiaya qədər genişləndirib. Xələfləri onu “Böyük Əcdad” adlandırırdı.

Əntiq naziri Xalid Əl-Anani deyib ki, bu təşəbbüs cənubi Sohaq qubernatorluğunu təbliğ etmək, insanlara oranın gözəlliyini və tarixi əhəmiyyətini göstərmək üçün çox mühümdür.

Sohanqda aparılan başqa bir inkişaf layihəsi Atribisin məbədinin qazıntı işləridir. Bu, Misirdə üstü açılmayan yeganə məbəddir.

Tübingen Unviversitetinin alman missiyasının yardımı ilə işçilər və arxeoloqlar illərdir ərazidə işlər aparır və bu yaxınlarda təkmilləşdirilmiş qazıntı üsullarından istifadə edərək irəliləyiş əldə ediblər.

“Bu, indiyədək qazıb çıxarılmayan ən son məbəddir. Bütün digərləri 100 il öncə üzə çıxarılıb. Və əlbəttə ki, qazıntı işləri indikindən fərqli olub” - deyə, qazıntı işlərində iştirak edən Misir üzrə alman alim Haydi Keopp-Yunk bildirib.

Həm misirli, həm də xarici arxeoloqlar Şeyx Həməd dağlarında işləri davam etdirdiyi bir vaxt qədim Atribis Məbədinin üzərində yavaş-yavaş bir neçə firon rəsmləri, yazıları və qravüraların üstü açılır.

Cümə günü Sohaqın 10 kilometr cənub-qərbində Abidos arxeoloji ərazinin yaxınlığında Osirion məbədində yeni qrunt suyu səviyyəsinin azaldılması layihəsi başladılıb.

Osirion qrunt suyu layihəsi nəticəsində suyun səviyyəsi uğurlu şəkildə üç metr azaldılıb ki, ziyarətçilər türbəyə daxil ola bilsin.

Dünyaya Baxış

Dünyaya Baxış. İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub
please wait

No media source currently available

0:00 0:11:40 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG