Accessibility links

Misirdə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir


Küveytdə yaşayan misilli səsvermədə iştirak edir
Küveytdə yaşayan misilli səsvermədə iştirak edir

Misirlilər şənbə günü prezident Əbdül Fəttah Əl-Sissinin 2030-cu ilədək vəzifədə qalmasına icazə verəcək konstitusion dəyişikliklər üzərində səs verir. Səsvermə parlament bu dəyişiklikləri təsdiq edəndən bir həftə sonraya təsadüf edir.

Xaricdə yaşayan misirlilər səsverməyə cümə günü başlayıb.

Əgər qəbul olunsa, bu dəyişikliklər prezidentin səlahiyyətlərini və icmalar arası hərbi mövcudluğu artıracaq. Prezidentin vəzifə müddəti dörd ildən altı ilədək artırılacaq və Sissinin 2024-cü ildə üçüncü dəfə namizədliyini irəli sürməsinə icazə veriləcək.

Referendumun tərəfdarlarısəsverməni milli borc adlandırıb, lakin tənqidçilər bunun siyasi müxtəlifliyin tamamən yox olduğu ölkədə gücü ələ keçirmək yolu olduğunu iddia edir.

Ölkədə mütəşəkkil müxalifət demək olar mpvcud deyil. Bir çox aparıcı ictimai fiqur, biznes və media hazırkı hökümətin tərəfindədir.

Rəsmilər nəticələri aprelin 27-dək açıqlayacaqlarını vəd edib və bildirib ki, əgər bu təklif səsvermədən keçsə, onlar konstitusiya islahatlarını sürətli şəkildə tətbiq edəcəklər.

Dəyişikliklərin çoxu hökümətin quruluşuna aiddir və bu dəyişikliklər nəticəsində yeni vəzifələr yaranacaq, prezidnetin təyin etdiyi insanların sayı artacaq. Misirdə nəhəng iqtisadi və siyasi gücə sahib olan Misir ordusu da referendumun qəbul olunduğu təqdirdə cinayət ədliyyə sistemindəki rolunu artıracaq.

XS
SM
MD
LG